Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk təması onun hakimiyyətə gəlməsindən sonra, 2018-ci ilin sentyabrında Düşənbədə olub və o zaman prezident məsələni həll etməli olduqlarını bildirib. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib. C.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan səfiri Kristo Kapodistrianı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Primeinfo.az xəbər verir ki, nazir görüş zamanı səfirin Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfirlə söhbət zamanı son dövrlər ikitərəfli münasibətlərdəki dinamika müsbət qiymətləndirilib.
Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Primeinfo.az xəbər verir ki, görüş zamanı bununla bağlı xarici işlər naziri Ceyhun Bayramovun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşündə müzakirə aparılıb. Görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buğali ilə görüşüb. Primeinfo.az məlumatına görə, bu barədə Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşım edib. “Bu ölkəyə rəsmi səfərim zamanı Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buğali ilə görüşməkdən məmnunam.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, sSəfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı təhsil sahəsində dayanıqlı inkişaf baxımından Azərbaycan tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb. Primeinfo.az-ın məlumatına görə, nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Fərmanı ilə təsis olunmuş Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzv ölkələrindən hər il 100 tələbəyə, ümumilikdə 5 il ərzində 500 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradıldığını bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”-də paylaşım edib. Görüş Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.