İştirakçı sayı 2000-ə qədər olan imtahanların hamısı elektronlaşdırılıb. Bu il peşəkar mühasib sertifikatı imtahanlarının hamısı elektron formatda keçirildiyi kimi, rezidenturaya qəbul imtahanlarının da bu qaydada təşkil olunması nəzərdə tutulur. Hazırda isə iştirakçı sayı 10 mindən çox olan imtahanların elektronlaşdırılması üzərində işlər aparılır.
“Ötən il zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb. Bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır”. Primeinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) 323 imtahan keçirib. Primeinfo.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair tədbirdə deyib. O qeyd edib ki, imtahanların böyük hissəsinin elektronlaşdırılması nəzərdə tutulur: “Bu baxımdan nəzarətçi müəllimlərin elektron imtahan sistemləri ilə bağlı məlumatlı olması və nəzarəti müasir tələblərə uyğun şəkildə həyata keçirməsi vacibdir.
Gələn ildən buraxılış imtahanında xarici dil fənni üzrə müəyyən dəyişikliklər nəzərdə tutulur. Primeinfo.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən verdiyi xəbərə görə, 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə olunacaq imtahan modeli müzakirəsi ilə bağlı seminarda bildirilib ki, mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur. Qeyd edilib ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2026-cı il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib. İmtahan elektron formada 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Dəyişikliyə görə, ixtisaslar üzrə yeni ballar aşağıdakı kimi olacaq: Xoreoqrafiya sənəti (bakalavriat) – 50 bal, Aktyor sənəti (bakalavriat) – 100 bal, Rəqs müəllimliyi (orta ixtisas təhsili (11 illik)) – 40 bal, Rəqs müəllimliyi (orta ixtisas təhsili (9 illik))- 50 bal, Xoreoqrafiya sənəti (orta ixtisas təhsili (9 illik)) – 50 bal Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə “Xoreoqrafiya sənəti” ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər.
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə təlimlər mərhələsi yekunlaşıb və yekun test imtahanı mərhələsinə başlanılır. Dövlət İmtahan Mərkəzindən (DİM) Primeinfo.az-a bildirilib ki, 2935 nəfər öz müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2000 namizəddən 1585 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb.
Dövlət İmtahan Mərkəzi 5 fevral 2026-cı il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.
Markerlərə əmək haqqı ödənilməsi qaydalarına əsasən, ödənişlər imtahan nəticələrinin elan olunmasından və nəticələrə dair iştirakçıların müraciətlərinin araşdırılmasından sonra həyata keçirilir. Bütün bu şərtlər müqavilədə əvvəlcədən qeyd olunur və marker öncədən ödənişin nə vaxt veriləcəyini bilir. Beləliklə, hər hansı bir gecikmə baş vermir.
Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə bu gün vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-dən Primeinfo.az-a verilən xəbərər görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.