Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: dim

“Kamran Əsədovun bu qədər rahat davranması məni təəccübləndirdi”

“İstintaq aparılarkən bu işin arxasında kimlərin dayandığı barədə məlumatımız yox idi. Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi hazırlığı görsünlər.

Xaricdə təhsil alanlar peşə tanınması imtahanı verdi

Xaricdə təhsil alanlar peşə tanınması imtahanı verdi Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2025-ci il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Taksi sürücüləri imtahan verib

Dekabrın 16-da Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı təşkil edib. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün 845 namizəd qeydiyyatdan keçib. Onlardan 782-si imtahana gəlib.

Builki buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olacaq - DİM

IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi açıqlama yayıb. Bildirilib ki, 2025-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2026-cı ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər.

Hakimliyə namizədlər yazılı imtahan verdilər

Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib. DİM-dən Primeinfo.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 151 namizəd iştirak edib.

Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanları keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib. DİM-dən Primeinfo.az-a verilən məlumata görə, imtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 rəhbər, 2 ümumi rəhbər, 19 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb. Nəticələrin “Danışıq bloku” imtahanı keçiriləndən iki həftə sonra elan olunacağı bildirilib.

1600-dən çox taksi sürücüsü imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün noyabrın 20-də növbəti imtahan keçirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.

Bu məzunlar Xankəndidə imtahan verəcək

İki ildən sonra Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını da Xankəndidə verəcəklər. Primeinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. “İnanıram ki, hamı Xankəndini universitet şəhəri kimi tanıyacaq”, – deyə DİM sədri vurğulayıb.