Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: din

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Ötən gün pirotexniki vasitələr satan 12 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər müəyyən olunaraq saxlanılıb.

Pezeşkian daxili işlər nazirinə ciddi tapşırıq verdi

İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etiraz aksiyaları fonunda hökumətin vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edəcəyini bəyan edib. Primeinfo.az xəbər verir ki, dövlət başçısı yerli KİV-ə açıqlamasında xalqa xidmət edə bilmədiyi halda vəzifədə qalmağın mənasız olduğunu vurğulayıb. Pezeşkian bildirib ki, məsuliyyət onun üzərinə düşürsə, problemi də şəxsən həll etməlidir: “Biz laqeyd qalmayacağıq və yoxsulluqla, aclıqla mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.

DİN-dən bayramda asayişin təhlükəsizliyi üçün addım - VİDEO

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. “Polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər.

Daxili işlər naziri Qubada sıra baxışı keçirəcək -FOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2026-cı il yanvarın 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. Primeinfo.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.01.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Yol polisi həftəsonu səfərə çıxanlara müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. İdarədən Primeinfo.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

DİN-dən Yeni ildə kiberdələduzluq XƏBƏRDARLIĞI

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınır. DİN Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv edilir və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir.

Füzulidə iranlı narkotacir saxlanılıb, ondan 41 kq marixuana aşkarlanıb

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini təşkil edən daha bir İran vətəndaşı polisin əməliyyatı nəticəsində saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində keçirilmiş tədbir nəticəsində İran vətəndaşı 32 yaşlı Ehsan Kakavend iş başında saxlanılıb.

DİN-dən pirotexniki vasitələrlə bağlı müraciət - VİDEO

“Bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur. Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur. Primeinfo.az-a bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.