Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: din

Astarada 10 kq narkotik aşkarlanıb - VİDEO

Astarada 10 kiloqram narkotik vasitə aşkarlanıb. Primeinfo.az-ın xəbərinə görə, Astara rayonunda məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar. Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

Onlar DİN yanında İctimai şuraya üzv seçildilər - SİYAHI

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib. Primeinfo.az xəbər verir ki, İctimai şuranın yeni tərkibi 7 nəfərdən təşkil edilib. Səsvermənin nəticələrinə əsasən, aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər: 1.    

Səbaildə ƏMƏLİYYAT: 8 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, növbəti tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb.

Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs HƏBS OLUNDU

Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan gənc oğlan həbs olunub. Primeinfo.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. İttiham aktına görə, 18 yaşlı Xəyal İsrafilov sevgi münasibətində olduğu 13 yaşlı Aydanla (şərti adla) qızın yaşadığı evdə könüllü şəkildə təbii yolla cinsi əlaqədə olublar.

“Koti” bu dəfə həbs edildi

“Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib. Primeinfo.az xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. “Koti” bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib.

Ötən gün 77 cinayətin açılması təmin edilib - VİDEO

Fevralın 19-da ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 73, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 45 fakt müəyyən edilib.

Bakıda zərgərlik mağazasından oğurluq edildi - VİDEO

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb.

Sosial şəbəkədə narkotik vasitələr satan şəxslər saxlanılıblar - VİDEO

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.

Qaxda 19 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Elnar Allahverdiyev saxlanılıb. Ondan 19 kiloqram marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.