Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Donald Tramp

Trampdan sərt mesaj: ABŞ İrana Venesueladan da böyük qüvvə yönəldir - FOTO

ABŞ prezidenti Donald Trump İrana yönəlik hərbi hazırlığın miqyasının Venesuela böhranı zamanı cəmləşdirilən qüvvələrdən də daha böyük olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qeyd edib ki, Vaşinqton İranla razılaşmaya ümid edir, lakin hadisələrin başqa istiqamətdə inkişafına da hazırdır: “ABŞ İrandan razılaşma gözləyir. Amma alternativ ssenarilərə də tam hazırıq”.

İran Trampa ultimatum göndərdi

“İran yalnız Amerika prezidenti Donald Tramp İslam Respublikasına qarşı növbəti hücumlarla hədələməsini dayandıracağı təqdirdə ABŞ-la danışıqlara hazırdır. Primeinfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib. “Ədalətli olması şərtilə, biz bu danışıqlarda iştirak etməyə hazırıq, lakin İran heç vaxt öz raket proqramı ilə bağlı danışıqlar aparmayacaq, çünki biz heç bir halda diktə və ya məcburiyyətə dözməyə hazır deyilik”, – diplomat vurğulayıb.

ABŞ Venesuela ilə uçuşları bərpa edir

ABŞ Prezidenti Donald Tramp Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyasına açacaq. Primrinfo.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. “Mən indicə Venesuela Prezidenti Delsi Rodrigeslə danışdım və ona bildirdim ki, biz Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyasına açacağıq”, – o qeyd edib.

“Hürriyyet”: Ərdoğan Trampa İranla bağlı üçtərəfli görüş keçirməyi təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran ətrafında yaranmış vəziyyətlə bağlı üçtərəfli sammit keçirməyi təklif edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Hürriyyet” qəzetinin müəllif yazısında bildirilib. Qeyd edilib ki, bu təklif yanvarın 27-də Türkiyə və ABŞ liderləri arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.

Tramp Qəzzadan bütün girovların geri qaytarıldığını elan etdi

“Qəzza zolağında saxlanılan sonuncu israilli girovun cəsədi tapılaraq ölkəsinə qaytarılıb”. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “TruthSocial” platformasında məlumat paylaşaraq, prosesin tamamlandığını elan edib. Ağ Ev rəhbəri paylaşımında sözügedən uğuru yüksək qiymətləndirib: “Beləliklə, 20 girovun hamısını diri və ya ölü vəziyyətdə geri qaytardıq!

Tramp “TikTok”un Amerika seqmentinin alınmasını təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp “TikTok”un Amerika bölməsinin “Oracle” və “Silver Lake” şirkətləri rəhbərliyindəki investor konsorsiumu tərəfindən alınması barədə sazişin bağlandığını təsdiqləyib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Trampın sözlərinə görə, “TikTok” ona prezident seçkilərində “gənc seçici elektoratı arasında bu qədər uğur qazanmasına” çox kömək edib.

Danimarka Qrenlandiyadan hərbçilərini geri çəkir

Danimarka, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı ərazi iddiaları fonunda adadakı hərbi qüvvələrinin sayını azaldıb. Primeinfo.az xəbər verir ki, Qrenlandiyanın paytaxtı Nuuk şəhərindəki hava limanında 20 Danimarka əsgərinin geri qayıtması planlaşdırılıb. Qeyd edək ki, hazırda Nuuk hava limanında hərbi hərəkətlilik davam edir və Qrenlandiya hökumətinin məsələ ilə bağlı geniş mətbuat konfransı keçirəcəyi gözlənilir.

Zelenski və Tramp arasında görüş keçirilib

Davosda V.Zelenski və D.Tramp arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Davosda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları məhsuldar adlandırıb. Tramp jurnalistlərin Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sazişin imzalanması şansının olub-olmadığı barədə sualının cavabında “görək, nə baş verəcək” deyib.

Tramp: "Sülh Şurası" BMT ilə birlikdə işləyəcək

“Sülh Şurası” təşəbbüsü dünyada sülhün təmin olunmasında böyük rol oynayacaq və bu gələcək nəsillər üçün əvəzsiz bir miras olacaq. Primeinfo.az xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində çıxışında qeyd edib. Prezident Tramp bildirib ki, “Sülh Şurası” tam şəkildə formalaşdıqdan sonra istənilən təşəbbüsü həyata keçirmək mümkündür.