Tramp: "İlham Əliyev və Paşinyan yaxşı liderlərdir"
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.
İran hakimiyyəti tərəflər arasında etimadın bərpa olunacağı təqdirdə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara hazırdır.
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqton üçün məqbul bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Amerika lideri bu barədə Floridaya gedərkən jurnalistlərə açıqlama verib. “Ümid edirəm ki, onlar məqbul bir şeylə bağlı razılığa gələ biləcəklər”, – o vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp Meksikanın Kuba Prezidenti Klaudiya Şeynbaumla söhbətindən sonra Kubaya neft tədarükünü dayandırdığını bildirib. Primeinfo.az xəbər verir ki, o, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib. “Meksika prezidenti Şeynbaum çox mehriban idi.
Kubada beynəlxalq fövqəladə vəziyyət elan edilib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı ölkənin xarici işlər naziri Bruno Rodriges “X” hesabında açıqlayıb. Onun sözlərinə görə, ABŞ-nin yaratdığı təhlükə səbəbindən belə bir qərar verilib: “Kuba xalqı ABŞ hökuməti ilə münasibətlərdəki vəziyyətin qeyri-adi və fövqəladə bir təhlükə yaratdığı qənaətinə gəlir”.
Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev prezident administrasiyasının üzvləri ilə görüşlər keçirmək üçün ABŞ-a gedəcək. Primeinfo.az xəbər verir ki, Reuters Agentliyin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün 31 yanvar şənbə günü Mayamidə olacaq. Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi ertəsi gün, 1 fevralda Əbu-Dabidə planlaşdırılır.
ABŞ prezidenti Donald Trump İrana yönəlik hərbi hazırlığın miqyasının Venesuela böhranı zamanı cəmləşdirilən qüvvələrdən də daha böyük olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qeyd edib ki, Vaşinqton İranla razılaşmaya ümid edir, lakin hadisələrin başqa istiqamətdə inkişafına da hazırdır: “ABŞ İrandan razılaşma gözləyir. Amma alternativ ssenarilərə də tam hazırıq”.
“İran yalnız Amerika prezidenti Donald Tramp İslam Respublikasına qarşı növbəti hücumlarla hədələməsini dayandıracağı təqdirdə ABŞ-la danışıqlara hazırdır. Primeinfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib. “Ədalətli olması şərtilə, biz bu danışıqlarda iştirak etməyə hazırıq, lakin İran heç vaxt öz raket proqramı ilə bağlı danışıqlar aparmayacaq, çünki biz heç bir halda diktə və ya məcburiyyətə dözməyə hazır deyilik”, – diplomat vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyasına açacaq. Primrinfo.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. “Mən indicə Venesuela Prezidenti Delsi Rodrigeslə danışdım və ona bildirdim ki, biz Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyasına açacağıq”, – o qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran ətrafında yaranmış vəziyyətlə bağlı üçtərəfli sammit keçirməyi təklif edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Hürriyyet” qəzetinin müəllif yazısında bildirilib. Qeyd edilib ki, bu təklif yanvarın 27-də Türkiyə və ABŞ liderləri arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.