Xəbər axtarın

Son axtarış nəticələri:

Lənkəranın Separadi kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTO 

18.04.2026 15:15

Lənkəranın Separadi kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTO 

Lənkəranda torpaq qatı sürüşərək Ulum çaya tökülüb.

Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb. Belə ki, təqribən 200 metr uzunluğunda və 7 metr hündürlükdən torpaq kütləsi sürüşərək Ulum çayına tökülüb, nəticədə ərazidə müəyyən çətinliklər yaranıb.

Lənkəran Su Melorasiya Sistemləri İstismarı İdarəsinin əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb və sürüşmənin nəticələrinin aradan qaldırılması, həmçinin gələcəkdə oxşar halların qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi istiqamətində işlərə başlanılıb.

Lənkəranın Separadi kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTO  Lənkəranın Separadi kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTO 

Paylaş: