
“Hökumət bunu etiraf etsə də, etməsə də, ölkədə əhali kifayət qədər kasıblayıb. Çıxsınlar bir bayır-bacağa baxsınlar”.
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.
O, regionların çox fəlakətli vəziyyətdə olduğunu vurğulayıb:
“İnsanlar rüşvətdən bezib. Hər gələn struktur yeni bir proses başladır. İndi də Abşeron yarımadasında dəmiryol kənarındakı obyektlərin sökülməsi prosesinə başlayıblar. Heç kimə kompensasiya vermirlər. Bu qədər məsuliyyətsiz davranış, yanaşma çox ağır nəticələrə gətirib çıxaracaq”.
Davamı “Qırmızı masa”da: