Xəbər axtarın

Son axtarış nəticələri:

Əhməd Şəfəqin Bakıda möhtəşəm konserti baş tutdu FOTO - VİDEO

18.04.2026 12:01

Əhməd Şəfəqin Bakıda möhtəşəm konserti baş tutdu FOTO - VİDEO

Bakı şəhərində Heydər Əliyev Sarayı səhnəsində Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəqin iştirakı ilə konsert proqramı baş tutub. 

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif olunmuş sənətçinin çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Primeinfo.az xəbər verir ki, tədbir Azəri Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Konsert proqramı iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. Səsləndirilən musiqi nömrələri tamaşaçılara unudulmaz anlar yaşadıb, zalda yüksək əhval-ruhiyyə yaradıb.

Gecə boyu səhnədə təqdim olunan repertuar milli musiqi elementləri ilə zəngin olub və dinləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Tədbir iştirakçıları konsertin Azərbaycan-Türkiyə dostluq münasibətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

 

Əhməd Şəfəqin Bakıda möhtəşəm konserti baş tutdu FOTO - VİDEO

Əhməd Şəfəqin Bakıda möhtəşəm konserti baş tutdu FOTO - VİDEO

Əhməd Şəfəqin Bakıda möhtəşəm konserti baş tutdu FOTO - VİDEO

Əhməd Şəfəqin Bakıda möhtəşəm konserti baş tutdu FOTO - VİDEO

Əhməd Şəfəqin Bakıda möhtəşəm konserti baş tutdu FOTO - VİDEO

Screenshot

 

 

Paylaş: