Xəbər axtarın

Son axtarış nəticələri:

Kobaxidze Ərdoğanla birgə regional layihələrin əhəmiyyətini müzakirə edib

17.04.2026 20:51

Kobaxidze Ərdoğanla birgə regional layihələrin əhəmiyyətini müzakirə edib

Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlıq, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq və regionda cərəyan edən proseslər müzakirə olunub.

Tərəflər ticari-iqtisadi əməkdaşlıqda müsbət dinamikanı və regional layihələrin rolunu da nəzərdən keçiriblər.

Layihələr arasında Bakl-Tbilisi-Qars dəmir yolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizinin həm regionun Avropa ilə əlaqələndirilməsi, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə Orta Dəhlizin potensialı və onun inkişafı üçün gələcək əməkdaşlıq ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş: