
“5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq”.
Primeinfo.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif “X”dəki hesabında yazıb.
“Bu gün 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən məmnun oldum. Davamlı şəkildə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq”, – deyə o bildirib.
Happy to have met my dear brother President Ilham Aliyev of Azerbaijan on the sidelines of the 5th Antalya Diplomacy Forum in Antalya, earlier today.
We had a productive discussion on further strengthening the Pakistan–Azerbaijan partnership, which continues to grow from strength… pic.twitter.com/VvBWdxFcDx— Shehbaz Sharif (@CMShehbaz) April 17, 2026