
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzani ilə görüşüb.
Primeinfo.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş zamanı regiondakı son hadisələr ətraflı müzakirə olunub.
Ərdoğan bildirib ki, İrana qarşı həyata keçirilən hüquqazidd hücumların yaratdığı qarşıdurma regiona ciddi təsir göstərir. O, müharibənin tam dayandırılması və davamlı sülh mühitinin yaradılması üçün Türkiyənin diplomatik səylərini artırdığını vurğulayıb.
Bundan əlavə, Hörmüz boğazı ətrafında baş verən hadisələrin neft tədarükündə marşrutların şaxələndirilməsinin əhəmiyyətini bir daha göstərdiyini deyən Ərdoğan “Kalkınma Yolu” layihəsinin strateji önəmini vurğulayıb və layihənin sürətləndirilməsinin vacibliyini qeyd edib.