
“Putinin Karapetyanı dəstəkləməsi Vensin Orbanı dəstəkləməsinə bənzəyir. Ola bilməz ki, Kremldə bunu bilməsinlər. Onlar bilirlər ki, Ermənistan cəmiyyəti anti-Rusiya əhval-ruhiyyəsindədir.
Yəni, əgər Rusiya Karapetyanın öz adamı olduğunu bildirirsə, deməli erməni cəmiyyətinə mesaj verir ki, bu şəxsi seçməyin”.
Primeinfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, Paşinyanın onunla sərt danışmasına şərait yaradaraq, faktiki olaraq Paşinyana ciddi dəstək veriblər.
Davamı “Qırmızı masa”da: