Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə məktəblərə silahlı hücumlardan sonra bu serialların ssenariləri dəyişdirildi - FOTO

17.04.2026 19:00

Türkiyədə məktəblərə silahlı hücumlardan sonra bu serialların ssenariləri dəyişdirildi - FOTO

Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində məktəblərə silahlı hücumlardan sonra cinayət, şiddət və zorakılıq motivli bəzi serialların yeni bölümlərinin nümayişi dayandırılıb.

Primeinfo.az bu barədə Türkiyə KİV-nə istinadən bildirir.

Məlumata görə, “Yeraltı”, “Eşref Rüya”, “A.B.İ.” və “Taşacak Bu Deniz” kimi serialların ssenarilərində ciddi dəyişikliklər ediləcək. Reklam verən şirkətlərin böyük bir qisminin şiddət ehtiva edən seriallardan maliyyə dəstəyini dayandırdığı qeyd edilir.

Bildirilir ki, Türkiyədə sözügedən məsələ ilə bağlı ictimai etirazlar davamlı olaraq çoxalır. Onlar bu kimi olayların baş verməsinə bir sıra televiziya seriallarının və kompüter oyunlarının təsir etdiyini iddia edirlər.

Bu səbəbdən də film istehsalçıları artan ictimai qınaq qarşısında təcili tədbirlər görmək məcburiyyətində qalıblar. Ekran işlərindəki silah istifadəsi və zorakılıq səhnələrinin ən aza endirilməsi məqsədilə ssenarilərdə əsaslı redaktə işlərinə başlanacağı və yeni bölümlərin bu çərçivədə yenidən yazılacağı açıqlanıb.

Xatırladaq ki, 14 yaşlı İsa Aras Mersinlinin Kahramanmaraş şəhərində təhsil aldığı məktəbdə törətdiyi silahlı insident nəticəsində biri müəllim, 9-u şagird olmaqla 10 nəfər ölüb.

Türkiyədə məktəblərə silahlı hücumlardan sonra bu serialların ssenariləri dəyişdirildi - FOTO

Türkiyədə məktəblərə silahlı hücumlardan sonra bu serialların ssenariləri dəyişdirildi - FOTO Türkiyədə məktəblərə silahlı hücumlardan sonra bu serialların ssenariləri dəyişdirildi - FOTO

 

Paylaş: