Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: DTX

DTX-nın saxladığı Məmməd İbrahimliyə ittiham irəli sürülüb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə ittiham elan olunub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

Əli Kərimlinin evində Ramiz Mehdiyevin məktubunun ilkin redaktə variantı aşkarlanıb

  Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti AXCP sədri Əli Kərimlinin evində axtarış aparıb. Primeinfo.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir.

Məhəmməd İbrahimində evində axtarış aparılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu, DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib. Qeyd edək ki, bu gün AXCP sədri Əli Kərimlinin də evində axtarış aparılıb.

Zahirəddin İbrahimovun həbs müddəti 5 ay uzadılıb

Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi tədbirlərlə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş 1954-cü il təvəllüdlü Zahirəddin İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb və məhkəmənin qərarı ilə Z. İbrahimovun həbs müddəti 5 ay uzadılıb.

Azərbaycan–Vyetnam təhlükəsizlik əməkdaşlığı sazişi təsdiqləndi

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, eləcə də qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Həbs edilən keçmiş icra başçıları şərik çıxdı

Cümə axşamı DTX tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb. Primeinfo.az Metbuat.az-a istinadla xəbər verir ki, İslam Rzayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. İki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər.

DTX-nin saxladığı başçının köməkçisi danışdı

Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat zamanı korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilirdi. Primeinfo.az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərov “Yeni Sabah”a açıqlamasında icra başçısının müavininin, köməkçilərinin və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib.