Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: DTX

Saleh Səmədovun rəis oğlu da işdən ÇIXARILDI

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib.

MDB dövlətləri təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilib

Oktyabrın 16-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

DTX-nın həbs etdiyi sabiq diplomata hökm oxunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib.

DTX və DSX əməliyyat keçirdi: saxlanılan var

İrandan Azərbaycana 26 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə məlumat daxil olub. Məlumatda qeyd edilib ki, Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın İran dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

Qaxın sabiq icra başçısının həbsi uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb. Primeinfo.az istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın vəsatəti əsasında Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha dörd ay müddətinə uzadılıb. Qeyd edək ki, Musa Şəkiliyev DTX-nin bu il iyun ayında keçirdiyi əməliyyat zamanı tutulub.