Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ədalət Verdiyev

"İran bu addımlardan çəkinməlidir" - TƏCİLİ - VİDEO

“İran dünyanı çalxalayacaq addımlardan çəkinməlidir. Hər kəs gözləyirdi ki, Çindən nələrsə alınmalıdır. Düşünürəm ki, İrana ciddi artileriya qurğuları lazım idi. Çünki dəniz əməliyyatları bitdisə, növbəti və son mərhələ quru əməliyyatı olacaq”.

"İranın qalib gəlmək şansı yoxdur" - SON DƏQİQƏ - VİDEO  

“İran Qafqaz ölkələrini çıxmaq şərti ilə ətrafında olan ölkələrin demək olar ki, hamısına zərbələr endirib. Hətta İran Oman ərazisinə də zərbə endirib hansı ki, Oman vasitəsilə ABŞ ilə danışıqlar aparırdı. Bu müharibədə İranın qalib gəlmək şansı yoxdur”.

"İran özünü hörmətdən saldı" - Hərbi ekspert AÇIQLADI - VİDEO

“İrana yönələn sanksiyalar bu gün də qüvvədədir, amma İran beynəlxalq qaydalara uyğun davranmadı. Həm qonşu kimi, həm də regional güc kimi İran özünü hörmətdən saldı”. Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi

Şərti olaraq azadlığa buraxılan hərbi ekspert Ədalət Verdiyev bir illik sınaq müddəti ilə şərti məhkum etmənin əlavə cəzadan tam azad edilməyi ilə ləğv olunması və məhkumluğun vaxtından əvvəl götürülməsi barədə apellyasiya şikayəti verib. Primeinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hərbi ekspertin şikayətinə baxılaraq qərar qəbul edilib. Qərara əsasən, Nəsimi Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş bir illik sınaq müddəti ilə şərti məhkum etmə və ona əlavə olaraq da iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma cəzası dəyişdirilmədən saxlanılıb.

Ədalət Verdiyevlə bağlı qərar verildi

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev cəzanın çəkilməmiş hissəsindən azad olunmaq üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Primeinfo.az xəbər verir ki, məhkəmənin qərarı ilə müraciət təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Ədalət Verdiyev məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Ədalət Verdiyev: “Ermənilər qorxmasınlar, biz mütləq qayıdacağıq” - VİDEO

“Ermənilər özlərini qədim xalq kimi təqdim etsələr də, bu iddia onların real əhali sayı ilə uyğun gəlmir”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Ekspertin sözlərinə görə, Ermənistanın əhalisi rəsmi rəqəmlərdə göstərildiyi kimi 10 milyon deyil: “Əslində, Ermənistanın əhalisi 2 milyona belə çatmır.