Adnan Əhmədzadənin ittiham olunduğu cinayətlərin xarakteri və əhatə dairəsi bu prosesin çox ciddi olduğunu və həbslərin çoxsaylı şəxsləri əhatə edəcəyini göstərir. Primeinfo.az xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək. Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir.
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Primeinfo.az xəbər verir ki, bu gün onun barəsində həbs-qəttimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb. Verx-İsetski Rayon Məhkəməsi Şahin Mütvalı oğlu Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.
“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan İlhamə Elşadqızı barəsində olan cinayət işinin yekun məhkəmə prosesi keçirilib. Primeinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı təqsirləndirilənin dörd il altı ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub. Primeinfo.az Gununsesi.info-ya istinadən məlumat verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa, bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobilinə həbs qoyulub. Həmçinin Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi xaricdən ölkəyə narkotik vasitələrin daşınması kanalını aşkarlayıb.
SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub. Primeinfo.az xəbər verir ki, Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova 5 il müddətinə həbs oluna bilər. Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin sonuncu qalmaqallı müsahibəsində Cövhər Dudayev haqqında səsləndirdiyi ifadələr olub. “SHOT” Teleqram kanalının məlumatına görə, Puqaçovanın onun barəsində dedikləri terrorizmə bəraət qazandırmaq kimi qiymətləndirilə bilər.
Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialının ssenari müəlliflərindən biri olan Merve Göntem polis tərəfindən saxlanılıb. Primeinfo.az bu barədə “TGRT Haber”ə istinadən xəbər verir. Məlumata görə, M.Göntem illər öncə sosial şəbəkə hesabında etdiyi paylaşıma görə saxlanılıb.