Xəbər axtarın

Son axtarış nəticələri:

Ramiz Mehdiyevin titulları və medalları alınır - FOTO

15.10.2025 11:47

Ramiz Mehdiyevin titulları və medalları alınır - FOTO

“Prezident Administrasiyasının keçmiş rəhbəri, oktyabrın 14-də dövlət çevrilişi ittihamı ilə haqqında həbs qətimkan seçilən Ramiz Mehdiyevin bütün titulları alınacaq”.

Primeinfo.az xəbər verir ki, bu haqda bilgini Prime TV-yə informasiyalı qaynaq verib.

Bildirilir ki, onun təltif edildiyi orden və medalların, o sıradan Azərbaycan Respublikasının ali mükafatı sayılan və dövlət qarşısında xidmətlərə görə verilən “Heydər Əliyev Ordeni”nin, akademik elmi dərəcəsinin alınmasına hazırlıq gedir.

Bundan başqa, yaxın günlərdə Yeni Azərbaycan Partiyasının fövqəladə toplantı keçirərək, Ramiz Mehdiyevi partiya sıralarından çıxaracağı gözlənilir.

Ramiz Mehdiyevin titulları və medalları alınır - FOTO

 

Paylaş: