Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

Zal Yusifovun oğlu yenidən həbs edildi

“Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs edilib. Primeinfo.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur. Polisin apardığı istintaqla İ.Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib.

Müğənni Rəqsanə ev dustaqlığına buraxılır?

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə vəsarətə baxılır. Primeinfo.az xəbər verir ki, bununla bağlı Sabunçu rayon Məhkəməsində iclas keçirilir. Qeyd edək ki, bu il avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Ramin Şükürov və iki zabitə rüşvətə görə hökm oxundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmədə hökm oxunub. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Ramin Şükürovun 10, Xalid Əizmovun 9, Emil Nəbiyevin isə 8 il azadlıqdan məhrum edilməsini məhkəmə təklif edib. Prokuror hər üç təqsirləndirilənin məhkəmə zalından həbs edilməsini istəyib.

Bakıda narkotik vasitə istifadə edən sürücü həbs edildi

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib. Bu barədə Primeinfo.az-a DİN-in Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “BMW” markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.

Erməni vətəndaşların məhkəməsi: Arayikə ömürlük cəza istənildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 13-də davam etdirilib.   Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.   İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Qardaşı oğlunu öldürənlə bağlı qərar

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadov barəsində həbs qətimkan tədbiri seçilib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində 1987-ci il təvəllüdlü B.İbadovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və B.İbadov barəsində həbs qətimkan tədbiri seçib.

Bu şəxslər ömürlük həbs edilə bilməz

Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzası hər bir şəxsə tətbiq olunmur. Primeinfo.az Mətbuat.az-a istinadla xəbər verir ki, bu cəza qadınlara, cinayət törədərkən 18 yaşına çatmamış şəxslərə, eləcə də hökm çıxarılanadək 65 yaşına çatan kişilərə təyin edilmir. Eyni zamanda, cinayət hazırlığı və ya cinayət etməyə cəhd hallarında da ömürlük həbs tətbiq edilmir.

II Qareginin qardaşı bir ay müddətinə həbs edilib

Ermənistan İstintaq Komitəsi Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinə bütün ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambarsum Nersisyanın həbsi ilə bağlı müraciət edib. Prinmeinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu vəkil Ara Zohrabyan sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları cinayət təqibi haqqında qərarı yalnız bir nəfərin ifadəsi əsasında qəbul edib: “Nersisyanların özlərinin ifadələri və təqdim olunmuş videomateriallar nəzərə alınmayıb.