Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ilham eliyev

Hikmət Hacıyev: "ABŞ–Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-yə səfəri əsnasında ABŞ-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlaqədər ABŞ ilə Azərbaycan arasında anlaşma memorondumu imzalanıb. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Baku TV”yə müsahibəsində deyib. H.Hacıyev qeyd edib ki, bu anlaşma memorandumunun şərtlərindən biri iki ölkə arasında işçi qrupunun yaradılması və bu işçi qrupunun strateji tərəfdaşlıq gündəliyin ilə və strateji tərəfdaşlıq əlaqələrinin mahiyyəti üzrə təkliflər hazırlamasından ibarətdir: “ABŞ Dövlət Departamentinin verdiyi açıqlamanın mahiyyəti ondan ibarətdir ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə əlaqədər işçi qrupu yaradılıb.

Agentliyin nizamnamə fondu 20 milyon manat artırıldı - SƏRƏNCAM

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Agentliyin nizamnamə fondunun məbləği 6 milyon 783 min 392 manatdan 26 milyon 783 min 392 manata qaldırılıb.

İlham Əliyev BƏƏ-nin Federal Milli Şurasının sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  Primeinfo.az xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır.