Kamran Əsədov polis nəzarətinə götürülüb - DİM - FAKTLAR
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul və buraxılış imtahanlarında qeydə alınmış qanun pozuntuları barədə məlumat yayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul və buraxılış imtahanlarında qeydə alınmış qanun pozuntuları barədə məlumat yayıb.
Dekabrın 16-da Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı təşkil edib. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün 845 namizəd qeydiyyatdan keçib. Onlardan 782-si imtahana gəlib.
Attestasiya nəticələrinə əsasən 3 əleyhinə – 2 lehinə səs toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçün təşkil edilmiş xüsusi müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər nəticələrlə “MyCulture” vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün dekbarın 2-də Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahanda iştirak etmək üçün 1708 namizəd qeydiyyatdan keçib.
Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub. Primeinfo.az xəbər verir ki, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 71 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).
Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün noyabrın 20-də növbəti imtahan keçirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.
Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 2-də növbəti imtahan keçiriləcək. Primeinfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib. Bu barədə Primeinfo.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib.
Dövlət İmtahan Mərkəzi musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqənin test imtahanı keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
21 oktyabrda Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1624 (taksi – 1550, yükdaşıma – 44, operator – 30) nəfər qeydiyyatdan keçib.