ABŞ və İran arasında mümkün razılaşma üzrə danışıqlar qapalı formatda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib. Onun sözlərinə görə, ABŞ üçün məqbul olan əsas şərtlər mövcuddur və danışıqlar məhz bu prinsiplər əsasında aparılacaq.
İran prezidenti Məsud Pezeşkian Livanda atəşkəsin İranın təqdim etdiyi sülh planına daxil olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib. Pezeşkian qeyd edib ki, İran müharibənin dayandırılması üçün 10 maddədən ibarət plan irəli sürüb və bu planın əsas şərtlərindən biri Livanda atəşkəs rejiminin təmin olunmasıdır.
İran Hörmüz boğazında gəmilərin hərəkətini dayandırıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, Hörmüz boğazında gəmilərin hərəkəti İsrailin Livana genişmiqyaslı aviazərbələrindən sonra dayandırılıb.
Tramp Hörmüzü birgə idarə etməyi təklif edib
ABŞ-ın müharibə naziri Pit Heqset İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamneyinin səhhətindən danışıb. Primeinfo.az-ın xəbərinə görə, Heqset bu gün mətbuat konfransında bildirib ki, Müctəba Xamneyi yaralıdır. Müharibə naziri Xamneyinin əlil qaldığını qeyd edib.
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
İran və ABŞ arasında aprelin 10-da Pakistanın paytaxtı İslamadda danışıqlar başlayacaq.
İsrail İranla iki həftəlik atəşkəsdə ABŞ-a qoşulmağa razılıq verib. Primeinfo.az bildirir ki, bu barədə CNN ABŞ administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli məmuruna istinadən məlumat verib.
Tramp İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampdan İranla razılaşma əldə etmək üçün son tarixin iki həftə müddətinə uzadılmasını istəyib.