Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

Laricani: "İran uzunmüddətli müharibəyə hazırdır"

ABŞ-dan fərqli olaraq, İran özünü uzunmüddətli müharibəyə hazırlayıb. Primeinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında bildirib. O qeyd edib ki, bu müharibəyə İran başlamayıb və ölkənin silahlı qüvvələrimiz müdafiə olunmaqdan savayı heç bir hücum həyata keçirməyib.

ABŞ-ın hərbi bazaları hazır vəziyyətdədir

ABŞ-ın bütün hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Primeinfo.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. ABŞ rəsmisinin sözlərinə görə, bazalarda “Bravo” rejimi tətbiq olunur ki, bu da birbaşa və ya ehtimal olunan hücum təhlükəsi ilə bağlıdır.

Laricani: “İran ABŞ-la heç bir danışıq aparmayacaq”

İran ABŞ-la heç bir danışıq aparmayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb. Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal”da İranın ABŞ-la danışıqları bərpa etmək üçün müraciət etdiyi barədə xəbər yayılıb.

İran İraqdakı NATO-nun “Viktoriya” bazasına hücum edib

    İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı NATO-nun “Viktoriya” bazasına hücum edib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb. Məlumata görə, hücum nəticəsində ABŞ-nin “Palm Jet” təyyarəsi vurulub və uçuş-enmə zolağına zərər dəyib.