Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İran İslam Respublikası

İran bu ölkələrə zərbələr endirib

İran bu ölkələrə zərbələr endirib

İran ordusu pilotsuz uçuş aparatları ilə İordaniya və Küveytdə ABŞ hərbçilərinin dislokasiya məntəqələrinə, həmçinin Bəhreyndə iri alüminium zavoduna zərbələr endirib. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb. Məlumata görə, İran ordusu bu gün PUA-larla İordaniyada ABŞ ordusunun avadanlıq, təminat anbarına, Küveytdə ABŞ-ın zirehli briqadasının mexanikləşdirilmiş batalyonunun yerləşdiyi “Camp Afifjan” bazasına və Bəhreyndə ABŞ-ın hərbi sənayesinin təchizatçısı olan ən böyük alüminium zavoduna zərbələr endirib.

İsrail və ABŞ Kərəclə Tehranı birləşdirən körpünü vurub - 8 ölü, 95 yaralı - VİDEO

İsrail və ABŞ Kərəclə Tehranı birləşdirən körpünü vurub - 8 ölü, 95 yaralı - VİDEO

ABŞ və İsrail qüvvələri İranın Kərəc şəhərində tikilməkdə olan iri körpüyə iki dəfə zərbə endirilib. Primeinfo.az bildirir ki, körpüyə endirilən zərbələr nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. “Əlborz vilayətinin 8 sakini, o cümlədən ərazidən keçən sərnişinlər və onların ailə üzvləri həlak olub, 95 nəfər yaralanıb”, – deyə vilayət qubernatorunun müavini Qodratulla Seyf bildirib.

Əraqçi: "İran atəşkəsi qəbul etmir"

Əraqçi: "İran atəşkəsi qəbul etmir"

Tehran atəşkəsi qəbul etmir. Primeinfo.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jaazera”ya müsahibəsində deyib. “Biz müharibənin sona çatmasını, gələcəkdə təcavüzlərin təkrar olunmayacağına zəmanət və İran xalqına dəyən zərərin ödənilməsini tələb edirik”, – nazir vurğulayıb.

Pezeşkian: “İrana qarşı aqressiyanın dayandırılması normallaşmanın əsas şərtidir”

Pezeşkian: “İrana qarşı aqressiyanın dayandırılması normallaşmanın əsas şərtidir”

İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə vəziyyətin normallaşması üçün əsas şərtin aqressiyanın dayandırılması olduğunu bildirib. Primeinfo.az Pezeşkianın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, Avropa Şurasının prezidenti Antoniu Koşta ilə telefon danışığında deyib. “Vəziyyətin normallaşmasının yeganə yolu ABŞ və İsrailin aqressiyasının dayandırılmasıdır.