İran Azərbaycanla sərhəd yaxınlığında yer səviyyəsindən 10.000 futa (təxminən 3300 metr) qədər yüksəkliklərdə pilotsuz uçuş aparatlarından istifadə olunacağını bildirən NOTAM (Notice To Air Missions) yayımlayıb.
“Gələcəkdə İranda hansısa xaos yaşanacaqsa, Güney Azərbaycanla bağlı müəyyən narahatlıq ola bilər. Hesab edirəm ki, Güney Azərbaycanda da bunun fərqindədirlər. Kürd qruplaşmaları hər hansı addım atarsa, bölgədə ciddi xaos ola bilər”.
“İran ABŞ-nin irəli sürdüyü tələblərin heç birini yetinə yetirmir. Nə proksiləri maliyyələşdirmə ilə bağlı məsələni müzakirə etmir, nə də uzaqmənzilli raketlərin istehsalının dayandırılması məsələsini müzakirə etmir”.
“İran ABŞ üçün çox ciddi təhlükə yaradır və çox uzun müddətdir ki, belədir”. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İran çox sayda ballistik raketə, xüsusən də ABŞ-ni və bölgədəki bazalarını, bölgədəki tərəfdaşlarını təhdid edən qısa mənzilli raketlərə malikdir.
“İran hər zaman dara düşəndə türkləri hakimiyyətə gətiriblər. İran tarixində türklər min illər hakimiyyətdə olublar, amma sarayın dili və yazışmalar fars dilində olub. Xamneyi də azərbaycanlıların Pəhləviyə olan münasibətini bildiyinə görə onlardan istifadə etmək istəyir”.
İran İnqilab Məhkəməsi yanvar ayında etiraz aksiyalarında iştirak edən Məhəmməd Abbasi barəsində ölüm hökmü çıxarıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ ittiham olunan şəxsin ailə üzvlərinə istinadən məlumat yayıb. O, “Allaha düşmənçilik” ittihamı üzrə təqsirli bilinib.
Azərbaycanla İran arasında avtomobil və dəmir yolları ilə yükdaşımaların həcminin artırılması, nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.
İranın İsfahan əyalətində orduya məxsus helikopter qəzaya uğrayıb.
İsrailə hücum etmək İranın tarixindəki ən ciddi səhv olar. Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə deyib. “Əgər İran hökuməti tarixində bəlkə də ən ciddi səhvini edərək, İsraili hədəf alarsa, biz ona heç düşünə bilməyəcəyi bir güclə cavab verəcəyik”, – Baş nazir bildirib.
Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Nazirlər Kabinetindən Primeinfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb.