Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik və Mühafizə Departamentinin nümayəndələri İrandan Azərbaycan vasitəsilə təxliyə edilib. Primeinfo.az xəbər verir ki, təxliyə Astara dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçirilib. Təxliyə edilən BMT əməkdaşlarının sayının 18 nəfər olduğu bildirilir.
Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. “Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pisləyib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel “X” hesabında bildirib. Onun sözlərinə görə, “Ayətullah rejimi qonşu ölkənin mülki hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib”, bu isə artıq onun “maskasının düşməsinə dəlalət edir”.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib.
Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağı var, nə də siyasəti buna imkan verir: “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq.
İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Azərbaycan MN: “Dron hücumuna görə məsuliyyət İranın üzərinə düşür, bu, cavabsız qalmayacaq”
İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib.
Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Primeinfo.az xəbər verir ki, bu barədə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə XİN-in bəyanatında deyilir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.