Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: israil

İsrail Qəzzanı vurdu

İsrail ordusu Qəzzanın cənubundakı Rəfah istiqamətinə aviazərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb. Məlumata görə, zərbələr HƏMAS-ın bu gün etdiyi hücumlara cavab olaraq endirilib.

İsrail 30 fələstinlinin meyitini təhvil verdi

İsrail 30 fələstinlinin meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edilib ki, HƏMAS dünən 2 israilli girovun meyitini qaytardıqdan sonra, İsrail bu gün 30 fələstinlinin meyitini BQXK-yə təhvil verib.

HƏMAS meyitləri vermədiyi üçün İsrail Qəzzaya yardımları azaldır  

İsrail Qəzzaya daxil olan humanitar yardımların sayını azaltmağı qərara alıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Misir və Qəzza arasında olan sərhəd keçid məntəqəsi də bağlı saxlanılacaq. İsrailin bu qərarının səbəbinin, HAMAS-ın bütün girovların meyitlərini təhvil verməməsi olduğu bildirilib.

Tramp: “Müharibə başa çatıb”- FOTO - VİDEO

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS hərəkatı arasında müharibənin başa çatdığını bildirib. Primeinfo.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp bu barədə Knessetdə (İsrail parlamenti – red.) jurnalistlərə açıqlamasında bildirib. ABŞ lideri HAMAS-ın Qəzzada münaqişənin nizamlanması planı çərçivəsində hərəkatın təksilah olunmasına razılaşacağına əminliyini ifadə edib.

HAMAS bütün girovları azad etdi - VİDEO

HAMAS bütün israilli girovları azad edib. Primeinfo.az AFP-ə istinadən xəbər verir ki, 13 nəfər israilli girov Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib. Qeyd edək ki, bundan əvvəl 7 israilli girov azad edilmişdi.

Tramp İsraildə səfərdədir – VİDEO

ABŞ Prezidenti Donald Tramp İsraildə səfərdədir. Primeinfo.az xəbər verir ki, onun təyyarəsi Ben-Qurion hava limanına eniş edib. Hava limanından ABŞ lideri Qüdsə yola düşüb.

İsrail ordusu Qəzzanı tərk edir - VİDEO

Razılaşmaya əsasən, hərbi əməliyyatların 24 saat ərzində dayandırılması və Qəzzada saxlanılan israilli girovların 72 saat ərzində azad olunması nəzərdə tutulur.

İsrailin saxladığı türk deputatlar Azərbaycana gəlir – FOTO

İsrailin Sumud donanmasında saxladığı türkiyəli deputatlar Azərbaycana gəlir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, üç deputat Türkiyəyə gətirilmək üçün Azərbaycana yola salınıb.