İsrail hökuməti 2014-cü ildə Qəzza zolağında həlak olan hərbçi Hadar Qoldinin cəsədinin qalıqlarını təhvil alıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb. Hökumət müəyyən prosesdən sonra cəsədin ölkəyə gətirildiyini təsdiqləyib.
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələr endirib. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə IDF-nin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib. “Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində “Hizbullah”ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib”, – bəyanatda deyilir.
İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, zərbə İsrailə dərhal hücum üçün nəzərdə tutulmuş silah və hava hücumu avadanlıqlarının saxlanıldığı obyektə endirilib.
İsrail Hərbi Hava Qüvvələrinin dünən axşamdan etibarən Qəzza şəhərinin bir neçə rayonuna endirdiyi aviazərbələr nəticəsində həlak olan insanların sayı 100-ə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb. Xatırladaq ki, dünən İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına “dərhal və güclü zərbələr endirməyi” tapşırıb.
İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb. Məlumata görə, aviabombalardan biri şəhərin şimalında yerləşən Əl-Şifa tibb mərkəzini hədəf alıb.
İsrailin Baş naziri Benyamin Netanyahu yeni hücum dalğası elan edərək, hərbçilərə “dərhal Qəzza zolağına güclü zərbələr endirməyi” əmr edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb. Məlumata görə, bu qərardan əvvəl təkcə Rəfahdakı hücum deyil, həm də İsrailin HƏMAS-ın atəşkəs razılaşmasını pozan hərəkətlərinə qəzəblənməsi olub.
İsrail pilotsuz təyyarələri Livanın cənubundakı Haruf şəhərinə hava zərbələri endirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, İsrail Müdafiə Qüvvələri Hizbullahın Radvan Qüvvələrinin tank əleyhinə bölməsinin komandiri Zeyn əl-Abidin Hüseyn Fatunini məhv edib.
ABŞ dövlət katibi Marko Rubio iki günlük səfərdən sonra İsraili tərk edib. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, Rubio ABŞ prezidenti Donald Trampla Qətərin əmiri və baş naziri arasında keçiriləcək görüşdə iştirak etmək üçün Qətərə səfərə yola düşüb.
“Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün BMT çərçivəsində mexanizm yaradacağıq”.
ABŞ dövlət katibi Marko Rubio sabah İsrailə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “The Times of Israel”ə məlumat verib. Səfər bu günün sonunda rəsmi şəkildə elan ediləcək və gündəlikdə Vaşinqtonun Qəzzada sülh planının uğurlu icrası ətrafında müzakirələr var.