Bu gün saat 18:30 radələrində “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” stansiyasında 60-65 yaşlarında kişi sərnişin vəfat edib. Bu barədə Primeinfo.az-a QSC-dən məlumat verilib. Məlumata görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bakıda metroda ölüm hadisəsi baş verib.
“Azərbaycanda bu qədər imkanlarla yanaşı, əhalinin gəlirləri həm Ermənistandan, həm də Gürcüstandan necə aşağı ola bilər?”
“Bəs necə olur ki, İrəvan metrosu öz maya dəyərini ödəyir, Azərbaycanda metro, avtobus basabas olduğu halda, öz maya dəyərini ödəmir?”
“60 qəpik bilirsiniz nə deməkdir? 1 manata gedən addımdır. Bunlar çoxdan ictimai nəqliyyatda gedişhaqqını 1 manat etmək arzusunda idilər”.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20% artırıb. Əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi nazirlik qiymətləri artırıb. Nazirliyin məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır və ümumiyyətlə, Tarif Şurası ləğv edilməlidir”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Primeinfo.az bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.
Bakı metrosu “Formula 1” günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək. Primeinfo.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.