Türkiyədə tanınmış şəxslərə qarşı aparılan “narkotik işi” çərçivəsində “Kurtlar vadisi”nin “Çakır”ı – məşhur aktyor Oktay Kaynarca saxlanılıb.
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Türkiyəli məşhur sosial media fenomeni Şeyma Subaşı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində dindirilmə zamanı narkotik maddə istifadə etdiyini etiraf edib. Primeinfo.az xəbər verir ki, dekabrın 30-da ABŞ-dən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında saxlanılan Subaşının narkotik testinin nəticələri məlum olub. Ətraflı Ad – 0 Məhkəmə Tibbi Ekspertizası tərəfindən aparılan analizlər zamanı onun orqanizmində kokain və onun metabolitləri, həmçinin ketamin maddəsi aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb.
Xətai rayonunda əməliyyat zamanı 20 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Aleyna Tilkinin saç və qan nümunəsi üzrə test nəticələri pozitiv çıxıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, 25 yaşlı müğənninin marixuana istifadə etdiyi müəyyən edilib.
Türkiyədə Batman Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İl Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər çərçivəsində şəhər girişində şəhərlərarası sərnişin avtobusu saxlanılaraq yoxlama aparılıb. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, davranışları şübhəli hesab edilən xarici vətəndaş olan sərnişinin Batman Təhsil və Araşdırma Xəstəxanasında keçirilən tibbi müayinəsi zamanı mədəsində narkotik maddə olduğu müəyyən edilib.
Türkiyədə narkotiklərlə mübarizə əməliyyatı çərçivəsində tanınmış aktyor Doğukan Güngör saxlanılıb. Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir. O, İstanbul Respublika Baş Prokurorluğunun apardığı və indiyədək 36 nəfərin həbs edildiyi narkotik araşdırması əməliyyatı çərçivəsində nəzarətə alınıb.
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini təşkil edən daha bir İran vətəndaşı polisin əməliyyatı nəticəsində saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində keçirilmiş tədbir nəticəsində İran vətəndaşı 32 yaşlı Ehsan Kakavend iş başında saxlanılıb.