Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinə cəhd olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilən mübarizə tədbirləri nəticəsində 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Noyabrn 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.
Bu gün səhər saatlarında İstanbul polisi Çekmeköy rayonunda yerləşən bir evdə narkotik axtarışı məqsədilə əməliyyat keçirib. Primeinfo.az “Hurriyet”-ə istinadən xəbər verir ki, əməliyyat zamanı evin içindən polis əməkdaşlarına atəş açılıb. Açılan atəş nəticəsində Xüsusi Hərəkat Şöbəsində xidmət edən polis əməkdaşı Emre Albayrak yaralanıb.
Ötən gün ölkə ərazisində ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
İstanbulda jandarma qrupları tanınmış şəxslərə qarşı narkotik əməliyyatı keçirib. Primeinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müxtəlif televiziya kanallarında xəbər təqdim edən Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu saxlanılıb. Ankarada saxlanılan Hande Sarıoğlunun İstanbula gətirildiyi qeyd olunub.
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının çətin relyef şəraitli ərazidə keçirdikləri əməliyyat tədbirlərilə əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov saxlanılıblar. Onlardan xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri 12 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin, əlavə olaraq marixuana aşkarlanaraq götürülüb.
ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəmizin gömrük işçilərinə narkotik vasitələri aşkar etməyə imkan verən texnika təqdim edildiyini bildirib.
Astarada 62 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən əməliyyatlar davam etdirilir. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Abşeron və Qaradağ rayonlarında keçirilən növbəti tədbirlər zamanı 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Sumqayıtda tərkibinə zərərli maddələr əlavə olunmuş 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.
Bakıda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.