Naxçıvanda silah-sursat aşkarlanıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) səlahiyyətləri daxilində ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Primeinfo.az xəbər verir ki, bu çərçivədə, Agentliyin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasında yerləşən bir sıra dövlət və özəl müəssisələrin əməkdaşları üçün maarifləndirmə tədbirləri keçiriblər. Belə ki, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Muxtar Respublikanın dövlət və özəl tibb müəssisələrinin, Baş Gömrük İdarəsinin, habelə ərazidəki sənaye müəssisələrinin əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil olunub.
Naxçıvanda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib. Primeinfo.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.
“Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq. 2026-cı ildə bu yük terminalı tamamlanaraq istismara veriləcək”.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işini bu gün Naxçıvanda davam etdirir.
Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının üzvləri Naxçıvana gediblər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işlərinə başlanılıb. Bu barədə Primeinfo.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. Qeyd edilib ki, bu məqsədlə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri Naxçıvan Muxtar Respublikasına ezam edilib.
“Fuad Nəcəfli son günə qədər tutduğu vəzifənin əhəmiyyətini və məsuliyyətini dərk edə bilmədi. Onun ən böyük problemi milli, vətənpərvər, qabiliyyətli kadrları vəzifədən uzaqlaşdırmaq oldu. Naxçıvanda hamıya “Vasif Talıbovun adamı” damğasını vurub, ləkələdi”.
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşanma halı qeydə alınıb. Primeinfo.az milli.az-a isttinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4.8-dən 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb. İqtisadi rayonlar üzrə nikah və boşanma göstəriciləri belə olub: Bakı şəhərində 8 430 nikah (4.8) və 4 753 boşanma (2.7) qeydə alınıb, Naxçıvan Muxtar Respublikasında 1 538 nikah (4.4) və 644 boşanma (1.8), Abşeron-Xızı iqtisadi rayonunda 1 964 nikah (3.0) və 1 134 boşanma (1.7), Dağlıq Şirvan iqtisadi rayonunda 1 253 nikah (5.2) və 428 boşanma (1.8), Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 917 nikah (4.3) və 1 049 boşanma (2.3), Qarabağ iqtisadi rayonunda 3 199 nikah (5.7) və 1 163 boşanma (2.1), Qazax-Tovuz iqtisadi rayonunda 2 372 nikah (4.7) və 922 boşanma (1.8), Quba-Xaçmaz iqtisadi rayonunda 1 981 nikah (4.8) və 671 boşanma (1.6), Lənkəran-Astara iqtisadi rayonunda 3 678 nikah (5.2) və 974 boşanma (1.4), Mərkəzi Aran iqtisadi rayonunda 2 585 nikah (4.8) və 1 075 boşanma (2.0), Mil-Muğan iqtisadi rayonunda 2 060 nikah (5.2) və 646 boşanma (1.6), Şəki-Zaqatala iqtisadi rayonunda 2 122 nikah (4.5) və 836 boşanma (1.8), Şərqi Zəngəzur iqtisadi rayonunda 1 304 nikah (5.8) və 520 boşanma (2.3), Şirvan-Salyan iqtisadi rayonunda isə 1 929 nikah (5.2) və 665 boşanma (1.8) qeydə alınıb.
Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı “Hunday” markalı avtomobillə “Mersedes” toqquşub. Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alıb.