Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib, nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İdman Akademiyası büdcədən maliyyələşən qurumlar siyahısından çıxarılıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan İdman Akademiyası nazirliyinin strukturuna daxil olmayan tabeliyində publik hüquqi şəxs olacaq.
Prezident İlham Əliyev “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən bildirilib. İclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov dünya ölkələrinin Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərarını Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun daha bir bariz göstəricisi olduğunu qeyd edib.
“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, standart haqq sabit hissədən və icra hərəkətləri ilə bağlı faktiki xərclərdən ibarət olacaq.
Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq.
Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 11 aprel 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda öz əksini tapmış İctimai binalarda elektrik enerjisi üzrə əlavə güc əmsalları müəyyənləşdirilib.
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində payız tətili başlayır.
Ermənistan hökuməti 6 noyabr tarixində milli təhlükəsizlik sistemində ciddi struktur islahatlarına start verib. Primeinfo.az erməni mediasına istinadən xəbər verir ki, yerli Nazirlər Kabineti təcili qaydada qanunvericiliyə dəyişiklikləri təsdiqləyərək Milli Təhlükəsizlik Xidmətində (MTX) yeni və strateji əhəmiyyətli bir qurum — xarici əks-kəşfiyyat bölməsinin yaradılmasını qərara alıb. Qanun layihəsi təcili müzakirə üçün parlamentə göndərilib.
Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.