Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: neftin qiyməti

Neftin qiyməti 84 dolları ötüb

Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti bu səhər 3,5% artıb. Primeinfo.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti Bakı vaxtı ilə saat 8:02-də 2,87% artaraq bir barel üçün 83,74 dollara çatıb. Bakı vaxtı ilə saat 08:17-də Brent markalı xam neftin fyuçersləri artımını sürətləndirərək barel üçün 84,25 dollara (3,5% artım) satılıb.

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,56 ABŞ dolları və ya 8,2% bahalaşaraq 86,16 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,6 ABŞ dolları təşkil edib.