Fransanın paytaxtı Parisdə növbəti oğurluq hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, məşhur Luvr muzeyindən zinət əşyalarının səs-küylü oğurluğundan iki həftə sonra cinayətkarlar “Swarovski” butikini qarət ediblər. Mağazadan təxminən 200 min avro dəyərində zinət əşyaları və saatlar oğurlanıb.
Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib.
Qax rayonununda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Primeinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb.
Sumqayıt şəhərində talama cinayəti qeydə alınıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 5 650 manatlıq inşaat materillarının oğurlandığını bildiriblər.
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb. Primeinfo.az xəbər verir ki, Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Dünən Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, zərərçəkən polisə müraciət edərək evindən 15 500 manatının talandığını deyib.
Luvr muzeyindəki oğurluqda şübhəli bilinən şəxs Parisin Şarl de Qoll hava limanında saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Frans İnfo” məlumat yayıb. Bildirilib ki, ümumilikdə, hadisə ilə bağlı dörd şübhəli axtarılır.
Oktyabrın 19-da səhər saatlarında Parisin məşhur Luvr muzeyindən qarət olunan əşyaların siyahısı açıqlanıb. Primeinfo.az xəbər verir ki, naməlum şəxslər Fransa imperatoru Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Bunlar: * Kraliça Hortenziyanın diademası.
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar. Primeinfo.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.
Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisində avtomobildən 1500 ABŞ dolları və 50 manat pul oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Elvin Məmmədov saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin şəxsin avtomobilinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.