Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüş Paşinyanın Fransaya işgüzar səfəri çərçivəsində baş tutub. Qeyd edək ki, səfər çərçivəsində Paşinyan 8-ci Paris Sülh Konfransında iştirak edib.
“Bizim regionda artıq sülh var və bu, reallıqdır”. Primeinfo.az bu fikirləri Ermənistanın Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunda deyib. “Bu, təkcə Ermənistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi bir dəyişiklikdir.
Ermənistanın Baş naziri Nikol Paşinyan 29–30 oktyabr tarixlərində Fransaya işgüzar səfərə gedir. Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində o, 8-ci Paris Sülh Konfransında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Oktyabrın 30-da isə Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makron ilə Yelisey Sarayında görüşü nəzərdə tutulub.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində konyak istehsalının mümkün olmadığını bəyan edib. Primeinfo.az xəbər verir ki, Paşinyan keyfiyyətsiz məhsulların mövcudluğunun ölkənin suverenliyini məhdudlaşdırmaq üçün bir rıçaq olduğunu bildirib. O, parlamentdə hökumət saatı zamanı gürcü həmkarı İrakli Kobaxidze ilə iqtisadiyyatla bağlı müzakirəsindən danışıb.
“Ktriç Nersisyan (II Qaregin) uzun müddətdir vəzifədən uzaqlaşdırılıb, lakin o özü kimi taxtdan salınmış digər bir qrup şəxslə erməni kilsəsinin ali rəhbərliyini ələ keçirib”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən sual-cavab sessiyasında bildirib. “Ruhi həyatın olmadığı, intriqaların, dələduz qrupların fəaliyyət göstərdiyi yerdə bizim bu abidələri cəmiyyətə qaytarmaq, Ata Arama və ona bənzər keşişlərə dəstək vermək üçün bütün mənəvi və hüquqi əsaslarımız var.
“Vaşinqton bəyannaməsi bütün regionun inkişafına, dialoqa və etimadın yaradılmasına xidmət edəcək”.
Nikol Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.
Baş nazir Nikol Paşinyan bəyan edib ki, yanvarın 1-dən hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq. Primeinfo.az xəbər verir ki, Paşinyan bu haqda “Facebook” sosial şəbəkəsində yazıb. O müdafiə nazirinin parlamentdəki müzakirələr nəticəsində Ermənistanda hərbi xidmət müddətinin iki il deyil, 1,5 il müəyyən edilməsini təklif edən qanunvericilik təşəbbüsünü dövriyyəyə buraxdığını xatırladıb: “İlkin olaraq bu reqlamentin 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu.Yay çağırışından bu gün müdafiə naziri ilə, əvvəlki dövrdə isə deputatlarla müzakirə apardım və qərara gəldik ki, qanun daha tez, yəni 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin.
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 18-dən 20-dək Vatikanda işgüzar səfərdə olacaq. Primeinfo.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Məlumata görə, oktyabrın 19-da Paşinyan arxiyepiskop İqnatiya Maloyanın və daha altı nüfuzlu müqəddəsin müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun sədrliyi ilə keçiriləcək kanonizasiya (ölən şəxsin rəsmi olaraq müqəddəs kimi tanındığı və adının müqəddəslər siyahısına əlavə edildiyi rəsmi kilsə tədbiri -red) mərasimində iştirak edəcək.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tanınmış vəkil Aleksandr Koçubayevi Şenqavit Məhkəməsinin binasında saxlayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Erik Aleksanyan məlumat yayıb. O bildirib ki, Koçubayev arxiyepiskop Baqrat Qalstanyan və onun 17 tərəfdarının işi üzrə məhkəmənin keçirildiyi binadan aparılıb.