Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb. Primeinfo.az-ın məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Baş nazir. Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcəklər.
Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir.
Bakıda, “Gülüstan” sarayında “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilib.
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edildi, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu. Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirdi.
“Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur”.
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub. Primeinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir.
“Azərbaycan həmişə təhlükəsizlik məsələlərinə böyük əhəmiyyət verib”.
Qlobal gərginliyin və qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsi əvvəlkindən daha vacibdir. Primeinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Prezident İlham Əliyevlə Bakıda keçirdiyi görüşdən sonra “X” hesabında yazıb. Koşta bildirib ki, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni çərçivə üzərində işlərin davam etdirilməsinə ümid edir.