Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü ilə əlaqədar sosial media hesablarında Zəfər Günü ilə bağlı videoçarx paylaşıb.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan lideri İlham Əliyevi Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Prezident İlham Əliyev tərəfindən “Milli Qəhrəman” adı ilə təltif olunan Pəncəli Nurməmməd oğlu Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub. Primeinfo.az xatırladır ki, gizir Pəncəli Teymurov xüsusi təyinatlı, erməni hərbçilərini lərzəyə gətirən hərbçi kimi xarakterizə olunur. Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub.
Azərbaycanın mədəniyyət ictimaiyyəti 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk. Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir.
NATO–Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr aparılıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə bəzi şəxslər təltif edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Suriya Prezidenti Əhməd əş-Şaraa Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində təşkil olunacaq COP30 Liderlər Zirvəsinə qatılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SANA məlumat yayıb. Məlumata görə, bu məqsədlə o, sabah Braziliyaya gedəcək.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.