Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: prezident

İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı verib. Primeinfo.az xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Baş nazir, Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca sarsıtdı. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Lukaşenko onları əfv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifət fəalları Mariya Kolesnikova, Viktor Babariko, eləcə də müxtəlif ölkələrin vətəndaşı olan təxminən 120 nəfəri əfv edib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, əfv olunan şəxslər casusluq, terrorçuluq və ya ekstremizm ittihamları ilə məhkum edilmişdilər. Qərarın qəbulunda “Avropa regionunda vəziyyətin sabitləşdirilməsi” məqsədinin də nəzərə alındığı bildirilir.

Tramp Maduronun sayılı günləri qaldığını bildirib

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun siyasi həyatının sayılı günləri qaldığını bildirib. Primeinfo.az xəbər verir ki, Tramp bu məsələyə “Politico”ya müsahibəsində toxunub. O, ABŞ qoşunlarının Venesuelaya daxil olub-olmayacağı ilə bağlı suala cavab vermək istəmədiyini deyib.

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb -  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində dekabrın 9-da iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Primeinfo.az xəbər verir ki, imzalanan sənədlər aşağıdakılardır: -“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; -“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; -“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”; -“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi arasında Anlaşma Memorandumu”; -“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” imzalanıb.

Prezident Azərbaycanın Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün iştirakçısı olmasının əhəmiyyətini açıqlayıb

Prezident İlham Əliyev Azərbaycanın Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olmasının əhəmiyyətini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğuladı.