Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: prezident

Braziliyanın sabiq prezidenti həbs edildi

Braziliyanın sabiq prezidenti Jair Bolsonaru federal polis tərəfindən evində həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd olunur ki, həbs Ali Federal Məhkəmə tərəfindən sanksiyalaşdırılıb və qabaqlayıcı xarakter daşıyır.

Prezident Xalq şairi Vahid Əzizi "Şərəf" ordeni ilə təltif etdi

Azərbaycanın Xalq şairi Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla V.Əziz bu mükafata Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Prezident 2026-cı ilin yanvar çağırışı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il yavnvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Primeinfo.az-ın məlumatına görə, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu. Əziz qardaşım.

İlham Əliyev Daşkənddə Beynəlxalq Mükafatın təqdimat mərasimində – FOTO

İlham Əliyev Daşkənddə Gələcəyin İrsi Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib Noyabrın 15-də Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Qeyd edək ki, Azərbaycandan bu mükafata Xalq artisti Alim Qasımov layiq görülüb.

İlham Əliyev Özbəkistanda səfərdədir - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistanda səfərdədir. Primeinfo.az Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.