Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: putin

Putin və Netanyahu İrandakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Yaxın Şərq və İrandakı vəziyyəti müzakirə ediblər.

Uitkoff bu ay yenidən Putinlə görüşə bilər

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Səfərin planlaşdırılması hələ tamamlanmasa da, görüşün bu ay baş tuta biləcəyi bildirilir.

Tramp Putinlə telefon danışığı apardı

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt sosial şəbəkədə yazıb: “Prezident Tramp Rusiya lideri Putinlə Ukrayna ilə bağlı pozitiv söhbət aparıb”, – o qeyd edib. Daha sonra Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Amerika lideri rusiyalı həmkarına Mar-a-Laqoda Ukrayna tərəfi ilə danışıqların nəticələri barədə məlumat verib.

Putin Solovyovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin teleaparıcı və jurnalist Vladimir Solovyova dövlət mükafatı təqdim edib. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Solovyov III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Putin və Paşinyan görüşüb

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, “Ermitaj” muzeyində keçirilən görüş Sankt-Peterburqda MDB dövlət başçılarının bugünkü qeyri-rəsmi Zirvə toplantısı çərçivəsində baş tutub.

Putin Paşinyanla görüşəcək

Bu gün Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Primeinfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib. “Çoxtərəfli tədbirdən (MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü – red.) sonra Putin Ermənistanın Baş naziri Paşinyanla ikitərəfli görüş keçirməyi planlaşdırır”, – D.Peskov deyib.

Putin onun sualını yersiz adlandırdı

Rusiya Prezidenti Vladimir Putin “Vladimir Putinlə ilin yekunları” proqramı çərçivəsində keçirilən canlı yayımda ABŞ-nin NBC telekanalında çalışan britaniyalı jurnalist Kir Brennan-Simmonsun sualını yersiz hesab edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-in məlumat yayıb. Belə ki, jurnalist Putinə ABŞ Prezidenti Donald Trumpın sülh planı ilə bağlı sual ünvanlayıb.