Rusiya Prezidenti Vladimir Putin sentyabrın 10-u axşam saatlarında Hindistana yola düşəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. “Prezident qarşıdakı Dehli BRICS sammitinə hazırlığını davam etdirir və bu axşam oraya uçacaq”, – deyə Peskov bildirib.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib. Onun sözlərinə görə, telefon danışığı düz 1 saat davam edib, konstruktiv və açıq xarakter daşıyıb.
Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında amerikalı elçilərin Moskva və Kiyevə səfərindən sonra telefon danışığının baş tutmasını istisna etmir. Primeinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Peskovun sözlərinə görə, Kremlin hazırda ABŞ nümayəndələrinin Kiyevdə apardığı təmasların nəticələri barədə məlumatı yoxdur.
Sentyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Rusiya Prezidenti Vladimir Putin illər sonra Şimali Koreyaya rəsmi səfər gerçəkləşdirib.
Rusiya Prezidenti Vladimir Putinin Moskvaya gələn Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü “məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı” olub. Primeinfo.az xəbər verir ki,bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Yuri Uşakov qeyd edib ki, danışıqlar 3 saatdan çox davam edib, Uitkoff və Kuşner Kiyevdə keçiriləcək qarşıdan gələn görüşlərində Putindən aldıqları qiymətləndirmələrdən istifadə edəcəklərinə söz veriblər.
Mən müvafiq əmri verdim və bu gün gecə yarısından etibarən Kiyevə zərbələr dayandırılıb.
Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda bildirib. Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.
“Zelenskinin bu xəbərdarlığı çox önəmli məsələdir. Avropa istiqamətində heç bir reys yoxdur. Uçuşlar əsasən Çin və Türkiyəyə edildiyi üçün bu proses Türkiyə turizminə də təsirsiz ötüşməyəcək”…
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək APEC sammitində görüşə bilərlər. Primeinfo.az xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd edək ki, Rusiya prezidenti və amerikalı həmkarı sonuncu dəfə 2025-ci ilin avqust ayında Alyaskanın Ankoric şəhərində görüşüblər.