Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenskidən Moskvaya ciddi həmlə - MÜHÜM gəlişmə - VİDEO

02.09.2026 18:06

Zelenskidən Moskvaya ciddi həmlə - MÜHÜM gəlişmə - VİDEO

“Zelenskinin bu xəbərdarlığı çox önəmli məsələdir. Avropa istiqamətində heç bir reys yoxdur. Uçuşlar əsasən Çin və Türkiyəyə edildiyi üçün bu proses Türkiyə turizminə də təsirsiz ötüşməyəcək. Zelenskinin bəyanatı Rusiya cəmiyyətində də ciddi rezonans doğurub və bu Kiyev tərəfdən ciddi həmlədir”.

Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski aviaşirkətləri xəbərdar edib ki, Rusiya səması “təhlükəsizliyini itirir”. Onun sözlərinə görə, “Rusiya səmasında dronlar elə görünəcək ki, bununla hesablaşmaq lazım gələcək”.

“Bu gün biz Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkətə, bütün sığorta şirkətlərinə və hələ də Rusiyanın əsas hava limanlarından istifadə edən hər kəsə xəbərdarlıq etmək istəyirik: Rusiya səması tamamilə təhlükəsizliyini itirir”, – Zelenski axşam videomüraciətində deyib.

Davamı “Qırmızı masa”da:

Paylaş: