Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: putin

Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşnerlə görüşü başlayıb. Primeinfo.az xəbər verir ki, görüş Kremldə keçirilir. Görüşdə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.

Uitkoff Putinlə danışıqlardan sonra Zelenski ilə görüş planlaşdırır

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və onunla birlikdə Moskvaya səfər edən Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra Avropaya gedəcəklər. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios” anonim mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, amerikalı nümayəndələr hələlik adı açıqlanmayan bir Avropanın ölkəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşərək onu Putinlə müzakirələr barədə məlumatlandıracaqlar.

Putin–Uitkoff görüşü 5 saatdan sonra başlayacaq

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş təxminən beş saatdan sonra başlayacaq. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vladimir Putin və Stiv Uitkoff Vaşinqtonla Kiyev arasında razılaşma ilə bağlı əldə edilən anlaşmaları müzakirə edəcəklər.

Peskov: "Putin və Uitkoff sabah görüşəcək"

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş dekabrın 2-də günün ikinci yarısında keçiriləcək”. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Putinlə Uitkoffun görüşü sabaha planlaşdırılıb və günün ikinci yarısında keçiriləcək.

Putin və Uitkoff  növbəti dəfə bu tarixdə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin gələn həftənin birinci yarısında ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək. Primeinfo.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, dəqiq tarix Kreml tərəfindən açıqlanacaq.