Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: putin

Putin İradə Zeynalovaya diplomatik rütbə verdi

Rusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Ptimeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Müvafiq fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında dərc edilib.

Düşənbədə yeni mərhələ: Putin və Əliyev münasibətləri dərinləşdirir

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında Düşənbədə keçirilən görüş konstruktiv şəkildə başa çatıb və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. Kremlin sözçüsü qeyd edib: “Biz iki lider arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk.

Putin Tokayevlə danışıq apardı

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, danışığın əsas mövzusu Qazaxıstan Prezidentinin Rusiyaya diplomatik status baxımından ən yüksək dövlət səfərinə hazırlıq olub. Kremlin mətbuat xidməti bəyan edib ki, Putin Tokayevi Respublika Günü münasibətilə təbrik edib: “Telefon danışığında gündəmdəki ikitərəfli cari məsələlər müzakirə edilib.

Qlobal bazarda neft bahalaşacaq - Putin

Qlobal bazarda Rusiya neftinin və neft məhsullarının tədarükünün sürətlə azalması qiymətlərin bahalaşmasına səbəb olacaq. Primeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bazarda neft və neft məhsullarımızın tədarükü kəskin azalarsa, qiymətlər qalxacaq”, – dövlət başçısı qeyd edib.

Putin G20 sammitində iştirak etməyəcək

Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Tramp Zelenskini Rusiyanın təklifini qəbul etməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Vaşinqtonda keçirilən görüş zamanı Volodimir Zelenskiyə Rusiyanın təklif etdiyi şərtləri qəbul etməyi tövsiyə edib, əks halda Ukraynanın “tam məhv ola biləcəyi” barədə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Tramp və Zelenski arasında söhbət bir neçə dəfə mübahisəyə çevrilib.

Zelenski: "Putin mənə nifrət edir"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini özünə düşmən hesab edir. Primeinfo.az xəbər verir ki, Ukrayna lideri ABŞ Prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərlə açıqlamasında belə deyib. “Putin mənə nifrət edir.

Trampla Putin arasında GƏRGİNLİK YAŞANIB – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edilib

Alyaskada baş tutan ABŞ və Rusiya prezidentlərinin qapalı görüşü gərgin atmosferdə keçib. Primeinfo.az xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, Vladimir Putin söhbət zamanı Donald Trampa “Rusiya və Rus imperiyasının tarixi” barədə uzun-uzadı mühazirə oxumağa başlayıb. Bu isə Trampın narazılığına səbəb olub – o, bir neçə dəfə Putinə səsini qaldırıb və görüşü tərk etməklə hədələyib.