Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Vladimir Putin

Putin xüsusi elçisini ABŞ-a göndərdi

Putin xüsusi elçisini ABŞ-a göndərdi

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev prezident administrasiyasının üzvləri ilə görüşlər keçirmək üçün ABŞ-a gedəcək. Primeinfo.az xəbər verir ki, Reuters Agentliyin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün 31 yanvar şənbə günü Mayamidə olacaq. Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi ertəsi gün, 1 fevralda Əbu-Dabidə planlaşdırılır.

Zelenski Putinlə şəxsən görüşməyə hazırdır

Zelenski Putinlə şəxsən görüşməyə hazırdır

Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.

Putin və Netanyahu İrandakı vəziyyəti müzakirə edib

Putin və Netanyahu İrandakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Yaxın Şərq və İrandakı vəziyyəti müzakirə ediblər.

Uitkoff bu ay yenidən Putinlə görüşə bilər

Uitkoff bu ay yenidən Putinlə görüşə bilər

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Səfərin planlaşdırılması hələ tamamlanmasa da, görüşün bu ay baş tuta biləcəyi bildirilir.

Tramp Putinlə telefon danışığı apardı

Tramp Putinlə telefon danışığı apardı

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt sosial şəbəkədə yazıb: “Prezident Tramp Rusiya lideri Putinlə Ukrayna ilə bağlı pozitiv söhbət aparıb”, – o qeyd edib. Daha sonra Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Amerika lideri rusiyalı həmkarına Mar-a-Laqoda Ukrayna tərəfi ilə danışıqların nəticələri barədə məlumat verib.

Putin Solovyovu təltif etdi

Putin Solovyovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin teleaparıcı və jurnalist Vladimir Solovyova dövlət mükafatı təqdim edib. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Solovyov III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.