Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırılmır. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hələlik Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı planda yoxdur.
“Putini belə buraxmayacaqlar və sonu faciəli bitəcək. Onu çox acı sonluq gözləyir. Putin ötən dörd ildə heç nəyə nail olmadı. Belqorod zülmət içindədir, Kursk, Tatarıstan, Bryansk və digər yerlərdə də vəziyyət çətindir”.
“Artıq Putini Rusiyanın taleyindən daha çox öz taleyi maraqlandırır. Əgər bu müharibədən qalib kimi çıxmasa, Putinin həyatı təhlükədədir. Onun hakimiyyətdən düşürülməsi ehtimalı çoxdur.
Rusiya prezidenti Vladimir Putin Sergey İvanovu Rusiya Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb. Primeinfo.az xəbər verir ki, İvanovun Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması barədə prezident fərmanı bu gün imzalanıb. Qeyd edib edək ki, fevralın 4-də Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad etmişdi.
Rusiya prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Primeinfo.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Rusiya-Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsi, hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik barədə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Putin may ayının sonunda Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının qarşıdan gələn iclasında iştirakını təsdiqləyib.
Ukrayna nümayəndə heyəti Rusiyaya səfər edə bilər. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, onların Moskvada Putinlə görüş keçirməsi müzakirə olunur. Bunun Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesini sürətləndirmək üçün variantlardan biri olduğu qeyd edilir.
Rusiya Prezidenti Vladimir Putinə Müdafiə Nazirliyinin general-leytenantı və Silahlı Qüvvələr Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini Vladimir Alekseyevlə bağlı vəziyyət barədə məlumat verilib. Primeinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov deyib ki, xüsusi xidmət orqanları hazırda öz işlərini görür.
Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovu prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib. Primeinfo.az Qafqazinfo-ya istinadla bildirir ki. Putin bu haqda Fərman imzalayıb.
Rusiya Çinə neft və boru kəməri ilə qazın ixracında ilk yeri tutur. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putin-Si Cinpin danışıqları ilə bağlı keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, danışıqlar məzmunlu olub: “Dövlət başçıları İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti müzakirə ediblər.
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Volodimir Zelenski arasında təmaslar yalnız Moskvada mümkündür. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Zelenski görüş təklif edir, Putin bunun Moskvada mümkün olduğunu bildirib.