Xəbər axtarın

Son axtarış nəticələri:

SOS siqnalı verildi: Rusiya parçalana bilər - VİDEO

10.06.2026 11:47

SOS siqnalı verildi: Rusiya parçalana bilər - VİDEO

“Mən inanmıram ki, Rusiya Putinin hakimiyyəti dövründə indiki şərtlər altında atəşkəsə razılaşsın. Putindən sonra hakimiyyətə gələcək qüvvələr çalışacaq Ukrayna ilə məsələni həll etsin. O zaman artıq mərkəzdənqaçma meylləri güclənəcək. Sovetlərin dağıldığı kimi Rusiya imperiyasını da dağılma təhlükəsi gözləyir”.

Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O əlavə edib ki, bir çoxları Rusiyanın parçalanmasını istəmir, çünki bunun qəlpələri qonşu ölkələrə çatacaq: “Lakin bu qonşu ölkələrdən asılı deyil və Putindən sonra bu təhlükələr özünü göstərəcək”.

Davamı “Qırmızı masa”da:

Paylaş: